Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün elanlar
Normal

DİQQƏT!!!DİQQƏT!!! MAGİSTRANTLARIN NƏZƏRİNƏ!

27 İyun 2019

2019/2020-Cİ TƏDRİS İLİNDƏ ADDA-NIN MAGİSTRATURASINA DAXİL OLMUŞ

MAGİSTRANTLARIN TƏQDİM EDƏCƏKLƏRİ SƏNƏDLƏRİN

SİYAHISI

  1. Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
  2. Diplom və diploma əlavənin əsli və surəti (notarial qaydada təsdiq olunmuş);
  3. 2019-cu ilin məzunları üçün Universiteti bitirmələri haqqında arayış;
  4. 3x4 ölçüdə 4 ədəd fotoşəkil;
  5. Məcburi köçkünlər üçün özlərinin və valideynlərinin məcburi köçkünlük haqqında sənədlərinin əsli və surəti (notarial qaydada təsdiq olunmuş);
  6. Azərbaycan Dövlət Dəniz Akademiyası üzrə 2019/2020-ci tədris ilində magistratura təhsil səviyyəsinə qəbul olunan ödənişli əsaslarla təhsilalan magistrantlar valideynləri ilə bağlı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların sənədlərinin surətləri (notarial qaydada təsdiq olunmuş);
  7. Ödənişli əsaslarla qəbul olunmuş magistrantlar üçün təhsil haqqının ödənilməsi barədə ödəniş qəbzinin surəti;
  8. İş nömrəsi;
  9. Şəxsi kabinetin istifadəçi adı (FİN);

QEYD: Sənədlər 2019-cu il 27 iyun-10 iyul tarixlərində şənbə və bazar günlərindən başqa hər gün saat 900-1700-dək ADDA-nın əsas binasında qəbul edilir.

Reaksiyanızı bildirin