Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün elanlar
Normal

Doktoranturaya qəbul

28 Noyabr 2016

**“**Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

Azərbaycan Dövlət Dəniz Akademiyası

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 601s sərəncamına müvafiq olaraq:

I . E****lmlər doktoru hazırlığı üzrə dissertanturaya aşağıdakı ixtisaslara qəbul elan edir :

  1. 03 – “Gəmiqayırma və gəmi təmiri texnologiyası” - 1 yer (odənişli )

  2. 2. 02 - “Gəmiçilik və su nəqliyyatının istismarı” - 1 yer (odənişli )

  3. F****əlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya aşağıdakı ixtisaslara

    qəbul elan edir:

3319.03

-“Gəmiqayırma və gəmi təmiri texnologiyası”

doktoranturaya - 2 yer (1 yer – ödənişli əsaslarla)

dissertanturaya - 1 yer

3319.01

– “Gəmiçilik texnikası”

doktoranturaya -1 yer

dissertanturaya -1 yer

3319.02 -

-“Gəmiçilik və su nəqliyyatının istismarı”

doktoranturaya -1 yer

 Doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu 01 iyul tarixli, 129 nömrıli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları ” na uyğun olaraq həyata keçirilir.

1.Doktorantura və dissertanturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

2.Doktoranturaya və dissertanturaya qəbul üçün aşağıdaki sənədlər təqdim edilir:

-ərizə (Azərbaycan Dövlət Dəniz Akademiyasının rektorunun adına);

-kadrların şəxsi-qeydiyyat vərəqi;

-tərcümeyi-hal;

-3 ədəd fotoşəkil (3 4sm ölçüdə)

-iş yerindən xasiyyətnamə(işləyənlər üçün)**;

-iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

-çap olunmuş elmi işlərin siyahısı (forma 2.4) və ya seçilmiş ixtisas üzrə referat;

-ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq (notarial) qaydada təsdiq edilmiş

       *surəti**(xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası və xarici ölkə vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə şəhadətnamə)**;*

-şəxsiyyəti təsdiq edən sənədin surəti

Doktoranturaya fəlsəfə doktoru proqramı üzrə qəbul olunmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Dissertanturaya qəbul olunmaq istəyənlərlə müsabiqə keçirilir.

Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda,elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” və ya “Elmlər namizədi” elmi (alimlik) dərəcəsi olan və buna uyğun diplomun müvafiq (notarial) qaydada təsdiq edilmiş surətini təqdim edən Azərbaycan Respublikasının vətəndaşları qəbul olunur.Həmin şəxslərlə müsahibə keçirilir.

Sənədlər 28 dekabr 2016-ci il tarixədək Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 18 ünvanında yerləşən Azərbaycan Dövlət Dəniz Akademiyasının əsas binasında (207-ci otaqda) qəbul olunur.

Tel.:(012) 493-36-44 (113) , (012) 493-63-07

REKTORLUQ

Reaksiyanızı bildirin