Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün elanlar
Normal

ELAN

19 Avqust 2022

AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI

vakant olan vəzifələrin tutulması üçün müsabiqə

ELAN EDİR:

“Gəmi mexanikası və elektromexanikası” fakültəsi:

dekan - 1 yer, fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, elmi ad və dərəcə, ən azı 5 il elmi-pedaqoji təcrübə və peşə-ixtisas hazırlığı

“Gəmi sürücülüyü” fakültəsi:

dekan - 1 yer, fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, elmi ad və dərəcə, ən azı 5 il elmi-pedaqoji təcrübə və peşə-ixtisas hazırlığı

“Gəmi elektroavtomatikası” kafedrası:

kafedra müdiri - 1 yer, kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığı, elmi ad və dərəcə, ən azı 5 il elmi-pedaqoji təcrübə

Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir. Sənədlərin təqdim olunması elan dərc edildiyi tarixdən 30 gün müddətindədir.

Tələb olunan sənədlər

  • Kadrlar uçotunun şəxsi vərəqəsi;
  • Tərcümeyi-hal;
  • Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
  • Elmi və elmi-metodiki işlərin siyahısı;
  • Kafedra müdiri və fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması

Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 18.

Əlaqə telefonu: 404 37 00 (daxili 3220)

REKTORLUQ

Reaksiyanızı bildirin