Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün elanlar
Normal

ELAN

25 İyun 2025

Azərbaycan Dövlət Dəniz Akademiyası 2025/2026-ci tədris ilində əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir:

Bakalavriat səviyyəsində:

- Dəniz naviqasiyası mühəndisliyi (tədris azərbaycan, ingilis, rus dillərində)

- Gəmi energetik qurğuları istismarı mühəndisliyi (tədris azərbaycan, ingilis dillərində)

- Gəmiqayırma və gəmi təmiri mühəndisliyi (tədris azərbaycan dilində)

- Elektrik və elektronika mühəndisliyi (tədris azərbaycan dilində)

Bakalavriat səviyyəsində təhsil müddəti 4 ildir.

Magistratura səviyyəsində:

- Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi (tədris azərbaycan dilində)

- Dəniz texnikası və texnologiyası mühəndisliyi (tədris azərbaycan dilində)

- Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi (tədris azərbaycan dilində)

- Elektrik və elektronika mühəndisliyi (tədris azərbaycan dilində)

Magistratura səviyyəsində təhsill müddəti 2 ildir.

Əcnəbilərin qəbulu: onların təhsil səviyyəsi üzrə hazırlığı və tədris dilini bilmə dərəcəsi akademiyanın müsahibə komissiyası tərəfindən yoxlanılır və mövcud tələblərə uyğun gəldikləri halda qəbul rəsmiləşdirilir.

Təhsil haqqı: 5100 manatdır;

Tələbələr geyim forması, tədris materialları və yataqxana ilə ödənişsiz təmin edilir. Akademiyanın diplomları 170-dən çox ölkədə tanınır.

Azərbaycan Dövlət Dəniz Akademiyası Beynəlxalq Dəniz Universitetləri və Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiyasiyalarının üzvüdür.

Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 18

Telefon: 012 493 36 44

Reaksiyanızı bildirin