Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün elanlar
Normal

ELAN

08 İyul 2025

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

                                           **“Azərbaycan Dövlət Dəniz Akademiyası” Publik Hüquqi Şəxsi**

                                                  *kafedralar üzrə aşağıda qeyd olunan fənlərin tədrisi üçün*

                                                    *vakant vəzifələrin tutulması məqsədilə müsabiqə*

                                                                                **ELAN   EDİR:**

“Dəniz naviqasiyası kafedrası” üzrə

“Dəniz naviqasiyası (Trenajor)” (tədris dili: ingilis) - 1 ştat 1 yer və ya saathesabı;

“Səfərin naviqasiya planlaşdırılması (Trenajor)” (tədris dili: ingilis) - 1 ştat 1 yer və ya saathesabı;

“Dənizçilik astronomiyası” (tədris dili: ingilis) - 1 ştat 1 yer və ya saathesabı;

“Elektron xəritə displeyinin və informasiya sistemlərinin istismar qaydaları (Trenajor)” (tədris dili: ingilis) - 1 ştat 1 yer və ya saathesabı.

Tələb: Müvafiq ixtisas üzrə iş təcrübəsi.

“Gəmi energetik qurğuları kafedrası” üzrə

“Gəmi energetik qurğularının texniki istismarı” və “Gəmi köməkçi mexanizmləri, sistemləri və onların istismarı” (tədris dili: azərbaycan, rus və ingilis) – 1 ştat 1 yer.

Tələb: Gəmidə ikinci və ya baş mexanik vəzifəsində ən azı 5 il iş təcrübəsi.

“Tətbiqi mexanika” kafedrası üzrə

“Texniki mexanika” (tədris dili: azərbaycan və ingilis) - 0,5 ştat 2 yer;

“İnşaat mexanikası və gəminin möhkəmliyi” - 0,5 ştat 1 yer;

“İnformatika və kompyuter proqramları” (tədris dili: azərbaycan və ingilis) - 0,5 ştat 2 yer;

“Kimya” - 0,5 ştat 1 yer.

Tələb: Müvafiq ixtisas üzrə elmi dərəcə və elmi ad.

Sənədlər aşağıdakı ünvana təqdim edilməlidir:

Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 18.

Əlaqə telefonu: 404 37 00 (daxili 3220).

Tələb olunan sənədlər

  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Kadrlar uçotunun şəxsi vərəqəsi;
  • Tərcümeyi-hal;
  • Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
  • Elmi və elmi-metodiki işlərin siyahısı.

Sənədlərin qəbulu üçün son tarix: 4 avqust 2025-ci il.

RƏHBƏRLİK

Reaksiyanızı bildirin