ELAN
“AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI” PHŞ MAGİSTRATURA PİLLƏSİNƏ QƏBUL OLUNMUŞ BAKALAVRLARIN NƏZƏRİNƏ!
2025/2026-cı tədris ilində magistratura pilləsinə qəbul olunmuş bakalavrlar 24.07.2025-ci il tarixindən 01.08.2025-ci il saat 18:00-dək Portal.edu.az***-***da qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat zamanı aşağıdakı sənədlər portala yüklənməlidir:
Diplom və diploma əlavənin surəti (cari il məzunları üçün bakalavr səviyyəsini bitirmə haqqında arayış)
İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi bilet (oğlanlar üçün);
Tələb olunan sənədlərin qeyd və möhür olan bütün səhifələrinin aydın şəkildə PDF formatında sistemə yerləşdirilməsi zəruridir.
Portal.edu.az-da qeydiyyatdan keçməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir*.*
Portal.edu.az-da qeydiyyatdan keçmiş magistrantlar Akademiyaya aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Şəxsiyyət vəsiqəsinin surəti (2 nüsxə)**;
- Diplom və diploma əlavənin əsli (cari il məzunları üçün bakalavr səviyyəsini bitirmə haqqında arayış);
- Çağırışçı şəhadətnaməsi və ya hərbi biletin əsli;
- Tibbi arayış (forma 086);
- 8 ədəd 3x4 ölçülü fotoşəkil;
- Yaşayış yerindən arayış.
Sənədlərin qəbulu 04.08 - 15.08.2025-ci il tarixlərində saat 10:00-dan 15:00-dək Akademiyanın əsas korpusunda aparılacaqdır.

