Elmi seminar
Professor-müəllim heyəti, magistrant və doktorantların nəzərinə!
17 aprel 2026-cı il tarixində, saat 15:00-da Azərbaycan Dövlət Dəniz Akademiyası PHŞ-nin I tədris binasının Akt zalında Gəmiqayırma və gəmi təmiri kafedrasının doktorantı Mahmud Əsədullah oğlu Süleymanlının “Xəzər regionunda gəmilərdə alternativ enerji texnologiyalarından istifadənin nəzəri əsasları və tətbiqi” mövzusunda elmi seminar keçiriləcək.
Seminarda Xəzər regionunda fəaliyyət göstərən donanmalarda alternativ enerji mənbələrinin tətbiqi imkanları, bu texnologiyaların gəmiqayırma prosesinə təsiri, eləcə də müasir dünya təcrübəsi fonunda onların effektivliyinin qiymətləndirilməsi məsələləri müzakirə olunacaq.
Elmi seminar professor-müəllim heyəti, doktorantlar, magistrantlar və mövzu ilə maraqlanan hər kəs üçün açıqdır.

