Əziz tələbələr! Sizi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyinə həsr olunmuş ümumpeşə hazırlığı fənləri üzrə olimpiadada iştirak etməyə dəvət edirik !
Olimpiada aşağıdakı fənlər üzrə keçiriləcəkdir:
- Riyaziyyat
- Fizika
- İngilis dili
Olimpiada hər fənn üzrə ayrılıqda keçiriləcək və tələbə fənn üzrə qoyulmuş sualları yazılı şəkildə cavablandırıb müsabiqə komissiyasına təqdim edəcəkdir.
Olimpiadanın qalibləri diplomlar və sertifikatlarla təltif olunacaqlar.
Keçirilmə tarixi: 29 – 30 noyabr 2018-ci il, saat 1500 .
Ünvan: (Az 1000, Bakı şəhəri, Zərifə Əliyeva küç., 18).
Müsabiqə haqqında ətraflı məlumat:
URL: www.adda.edu.az ;
E-mail: [email protected]
Faks: (0994-12)493-75-21, tel.: 493-75-21, 493-36-44 (223, 113).
Olimpiadanın qaliblərinin mükafatlandırılma qaydaları:
- Hər fənn üzrə I, II, III yerlərin qalibləri müəyyən olunacaq.
- I yer tutan qaliblər 91-100 bal toplayan tələbələr arasından seçilərək, həmin fənn üzrə imtahandan azad ediləcəklər və birinci dərəcəli diplomla təltif ediləcəklər.
- II yerin sahibləri sertifikatlarla təltif ediləcəklər və müvafiq fəndən kollokvium üzrə 10 bal, məşğələ üzrə 10 bal, sərbəst iş üzrə 10 bal qazanmış hesab ediləcəklər.
- III yerin sahibləri sertifikatlarla təltif ediləcəklər və müvafiq fəndən kollokvium üzrə 5 bal, məşğələ üzrə 5 bal, sərbəst iş üzrə 5 bal qazanmış hesab ediləcəklər.
Qeydiyyata alınmaq üçün ADDA-nın Elmi-tədqiqat qrupuna müraciət etməyiniz zəruridir.

