Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün elanlar
Normal

FƏLSƏFƏ DOKTORU PROQRAMI ÜZRƏ İXTİSAS FƏNNİNDƏN QƏBUL İMTAHANI VERƏCƏK İDDİAÇILARIN NƏZƏRİNƏ

11 Sentyabr 2023

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na və həmin qaydalarda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli qərarına əsasən, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən, fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

İxtisas fənnindən qəbul imtahanına yalnız “Fəlsəfə” fənnindən “məqbul” alan şəxslər buraxılırlar.

3319.01 -“Gəmiçilik texnikası” ixtisas fənnindən qəbul imtahanı 13.09.2023—cü il tarixində saat 11.00-da,

3319.03 - “Gəmiqayırma və gəmi təmiri texnologiyası” ixtisas fənnindən qəbul imtahanı 13.09.2023-ci il tarixində saat 14-00-da “ADDA” PHŞ-da keçiriləcək.

İmtahan sualları ilə aşağıdakı linklərdən tanış ola bilərsiniz:

3319.01-“Gəmiçilik texnikası”

3319.03 – “Gəmiqayırma və gəmi təmiri texnologiyası”

Reaksiyanızı bildirin
FƏLSƏFƏ DOKTORU PROQRAMI ÜZRƏ İXTİSAS FƏNNİNDƏN QƏBUL İMTAHANI VERƏCƏK İDDİAÇILARIN NƏZƏRİNƏ | ADDA