Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün elanlar
Normal

Fəlsəfə doktoru proqramı üzrə ixtisas fənnindən qəbul imtahanı verəcək iddiaçıların nəzərinə!

26 Avqust 2026

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na və həmin qaydalarda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli 443 nömrəli qərarına müvafiq olaraq, doktorantura səviyyəsinə qəbul olunmaq istəyən namizədlər xarici dil, fəlsəfə və ixtisas fənləri üzrə ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

İxtisas fənni üzrə qəbul imtahanına yalnız “Fəlsəfə” fənnindən “məqbul” qiyməti almış şəxslər buraxılırlar.

İxtisas fənləri üzrə imtahan qrafiki və proqramlar

1. İxtisas: 3319.01 – “Gəmiçilik texnikası”

İmtahan tarixi və saatı: 09 sentyabr 2026-cı il | Saat 11:00

İmtahan sualları: 3319_01.pdf, 3319_01_GEA.pdf

2. İxtisas: 3319.02 – “Gəmiçilik və su nəqliyyatının istismarı”

İmtahan tarixi və saatı: 08 sentyabr 2026-cı il | Saat 14:00

İmtahan sualları: 3319_02.pdf

3. İxtisas: 3319.03 – “Gəmiqayırma və gəmi təmiri texnologiyası”

İmtahan tarixi və saatı: 10 sentyabr 2026-cı il | Saat 11:00

İmtahan sualları: 3319_03.pdf

Təşkilati qeyd:

İmtahanın keçiriləcəyi auditoriyanın müəyyənləşdirilməsi və digər təşkilati məsələlərlə bağlı iddiaçıların 423-cü otağa müraciət etmələri xahiş olunur.

Reaksiyanızı bildirin