Kafedra üzrə vakant olan vəzifənin tutulması üçün müsabiqə
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
“Azərbaycan Dövlət Dəniz Akademiyası” Publik Hüquqi Şəxsi
Kafedra üzrə vakant olan vəzifənin tutulması üçün müsabiqə
ELAN EDİR:
“Tətbiqi mexanika” kafedrası:
Kafedra müdiri - 1 yer,
kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığı, elmi ad və dərəcə, ən azı 5 il elmi-pedaqoji təcrübə tələb olunur.
Sənədlər mövcud əsasnaməyə müvafiq olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:
Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 18.
Əlaqə telefonu: 404 37 00 (daxili 3220)
Tələb olunan sənədlər
- Kadrlar uçotunun şəxsi vərəqəsi;
- Tərcümeyi-hal;
- Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
- Elmi və elmi-metodiki işlərin siyahısı;
- Kafedra müdirinin müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.
Sənədlər 12 may 2025-ci il tarixinədək qəbul edilir.
REKTORLUQ

