Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün elanlar
Normal

Magistraturaya qəbul olmuş tələbələrin nəzərinə

21 İyul 2023

Magistraturaya qəbul olmuş şəxslər 2023-cü il 21 iyul saat 11:00-dan 31 iyul saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Tələb olunan sənədlər barədə Elm və Təhsil Nazirliyindən məlumat ala bilərsiniz.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şəxsi Kabinet Portalı : https://portal.edu.az/

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Daha sonra akademiyaya gələrək Tədris qeydiyyat şöbəsində sənədlərinizi təsdiqlətməyinizi xahiş edirik.

Əlaqə nomrəsi : +(994) 12 498 73 94

                         +(994) 50 792 91 91
Reaksiyanızı bildirin