Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün elanlar
Normal

Professor-müəllim və aparıcı mütəxəssis heyətinin nəzərinə!

15 Yanvar 2019

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunur

“SU NƏQLİYYATININ PROBLEMLƏRİ”

XIV Beynəlxalq elmi-texniki konfrans

2 - 3 may, 2019-cu il, Bakı

Təşkilatçı: Azərbaycan Dövlət Dəniz Akademiyası

İştirakçılar: Professor-müəllim və aparıcı mütəxəssis heyəti

Konfransın əsas istiqamətləri:

Gəmiqayırma və gəmi təmiri texnologiyası

Gəmiçilik və su nəqliyyatının istismarı

Gəmiçilik texnikası

Gəmiçilikdə təbiət elmlərinin problemləri

Gəmiçilikdə humanitar və dilçilik problemləri

Təqdim olunacaq tezis və məruzələrin adlarının kafedra iclasında təsdiq edil****dikdən sonra fevral ayının 25-dək, tezis və məruzələrin mətnlərinin isə “ADDA-nın Elmi əsərləri” məcmuəsinin tələblərinə uyğun olaraq, mart ayının 15-dək Elmi-tədqiqat qrupuna təqdim olunması zəruridir.

Ünvan: AZ1000, Bakı şəh., Z.Əliyeva küç., 18, ADDA;

e-mail: [email protected], faks:(0994-12)493-75-21,tel.:493-75-21****, 493-36-44 (22**3).**

Təşkilat komitəsinin qərarı ilə ən yaxşı məruzə materiallarının “ADDA-nın Elmi əsərləri” məcmuəsində çap olunması nəzərdə tutulur. Konfransın materialları XIV Beynəlxalq elmi-texniki konfransın toplusunda dərc olunacaqdır.

Jurnal İSSN indeksi altında təsdiqlənib və AAK-ın dövri elmi nəşrlər siyahısına daxildir.

Ətraflı məlumat üçün Elmi-tədqiqat qrupuna müraciət etmək olar.

Reaksiyanızı bildirin