Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün elanlar
Normal

Qanvermə aksiyası

23 May 2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində Azərbaycan Talassemiya Fedarasiyasının və Qan Donorları Assosiasiyasının təşəbbüsü ilə keçiriləcək tədbirlərə dəstək olaraq, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 26 may 2017-ci il tarixində Xəzər Dəniz Neft Donanmasının və İstehsalat Xidmətləri İdarəsinin akt zalında könüllü qanvermə aksiyasının keçirilməsi nəzərdə tutulub. Həmin aksiyada Cəmiyyətin istənilən əməkdaşı iştirak edə bilər.

Reaksiyanızı bildirin