Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün elanlar
Normal

Təkrar ali təhsil almaq istəyənlərin nəzərinə!

04 İyun 2024

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

“Azərbaycan Dövlət Dəniz Akademiyası”

Publik Hüquqi Şəxsi

Akademiya 2024/2025-ci tədris ilində əlavə təhsilin təkrar ali təhsil istiqaməti üzrə aşağıdakı ixtisaslara sənəd qəbulu elan edir:

050605 – Dəniz naviqasiyası mühəndisliyi

050609 – Gəmi energetik qurğularının istismarı mühəndisliyi

050607 – Elektrik və elektronika mühəndisliyi

Təkrar ali təhsilə sənəd qəbulu 05.06.2024-cü il tarixindən *15.08.2024-cü il tarixinədək* elektron qaydada portal.edu.az üzərindən həyata keçirilir.

Müraciət edən şəxslər aşağıdakı sənədləri elektron qaydada sistemə yükləməlidirlər:

  1. Ali təhsil haqqında sənəd (diplom və diploma əlavə);
  2. Sağlamlıq haqqında arayış (narkoloji və psixoloji arayışlar əlavə olunmaqla) və ya dənizcinin tibb kitabçasının surəti.

Qeydiyyatdan kecən şəxslər müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququ qazanmaq ücün Akademiyaya müsahibəyə dəvət olunurlar. Müsahibədən kecdikləri halda aşağıdakı sənədlərin əslini Akademiyada yaradılmış komissiyaya təqdim edirlər:

  1. Rektorun adına ərizə;
  2. Ali təhsil haqqında sənədin (diplomun və diploma əlavənin) notarial qaydada təsdiqlənmiş surəti;
  3. 3 x 4 ölçüdə 6 ədəd fotoşəkil;
  4. Şəxsiyyət vəsiqəsinin surəti;
  5. Sağlamlıq haqqında arayış (narkoloji və psixoloji arayışlar əlavə olunmaqla) və ya dənizcinin tibb kitabçasının surəti.

Təhsil haqqı 3800 AZN.

Tələbələr təhsil aldıqları müddətdə nəzəri diplomla yanaşı, işçi diplom, dənizçinin qeyd kitabçası, dənizçinin şəxsiyyət sənədi və müvafiq sertifikatlarla təmin olunurlar.

Qeyd:

  1. 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra Akademiyada təkrar ali təhsil ala bilərlər.

  2. Müraciət etmiş səxslər üzən gəmilərdə dənizdə olduqları halda onların onlayn qaydada müsahibədə iştirakına şərait yaradılacaq.

Reaksiyanızı bildirin