Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün elanlar
Normal

Təkrar ali təhsilə sənəd qəbulu elan edilir

25 İyul 2022

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

Azərbaycan Dövlət Dəniz Akademiyası

2022/2023-cü tədris ilində aşağıdakı ixtisaslar üzrə qiyabi formada ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir:

  • 050605 – Dəniz naviqasiyası mühəndisliyi

  • 050609 – Gəmi energetik qurğularının istismarı mühəndisliyi

  • 050610 – Gəmiqayırma və gəmi təmiri mühəndisliyi

  • 050607 – Elektrik və elektronika mühəndisliyi

Təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada [email protected] internet portalı vasitəsilə həyata keçirilir. Qeyd edilən ixtisaslara qəbul olmaq istəyənlər lazımi sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququ qazanırlar.
Sənədlərin qəbulu 29 iyul 2022-ci ilədək aparılacaq.

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər:

  • Rektorun adına ərizə (Ərizə forması)
  • Ali təhsil haqqında sənədin (diplomun və diploma əlavənin) notarial qaydada təsdiqlənmiş surəti
  • İş yerindən arayış (işləyənlər üçün)
  • 3x4 ölçüdə 6 ədəd fotoşəkil
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • Yaşayış yerindən arayış

Təhsil haqqı 3800 AZN.

Tələbələr təhsil aldıqları müddətdə nəzəri diplomla yanaşı, işçi diplom, dənizçinin qeyd kitabçası, dənizçinin şəxsiyyət sənədi və müvafiq sertifikatlarla təmin olunurlar.

Qeyd: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra Akademiyada təkrar ali təhsil ala bilərlər.

Sənədlər
Sənədi yüklə
Reaksiyanızı bildirin