Tələbə, magistrant və gənc tədqiqatçıların nəzərinə!
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunur
“DƏNİZ NƏQLİYYATININ İNKİŞAF PERSPEKTİVLƏRİ”
Tələbə, magistran****t və gənc tədqiqatçıların ənənəvi elmi-texniki konfransı
4 aprel 2019-cu il, Bakı
Konfransın işi aşağıdakı bölmələr üzrə keçiriləcək:
- Gəmiqayırma və gəmi təmiri
- Dəniz naviqasiyası
- Gəmi energetik qurğuları
- Gəmilərin elektrik avadanlıqları və avtomatikası
- Tətbiqi mexanika və riyaziyyat
- Su nəqliyyatının humanitar və dilçilik məsələləri
İştirakçılar təqdim olunacaq tezislərin adlarını kafedra iclasında təsdiq edildikdən sonra fevral ayının 11-dək, tezislərin mətnlərini isə (iştirakçının qrupu, soyadı, adı və elmi rəhbərini göstərməklə) mart ayının 11-dək ADDA-nın Elmi-tədqiqat qrupuna təqdim etməlidirlər.
Ən yaxşı məruzələr Konfransın tezislər toplusunda dərc olunacaq.
Nümunəvi çıxışları ilə fərqlənənlər ADDA-nın fəxri diplomları ilə təltif olunacaqlar.
Ətraflı məlumat üçün Elmi-tədqiqa**t qrupuna müraciət etmək olar.

