Tələbə, magistrant və gənc tədqiqatçıların nəzərinə!
E L A N
9-10 aprel 2020-ci il tarixlərində Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan “Dəniz Nəqliyyatının İnkişaf Perspektivləri” mövzusunda tələbə, magistrant və gənc tədqiqatçıların ənənəvi elmi-texniki konfransı keçiriləcək.
Konfransın bölmələri:
- Gəmiqayırma və gəmi təmiri
- Dəniz naviqasiyası
- Gəmi energetik qurğuları
- Gəmilərin elektrik avadanlıqları və avtomatikası
- Mexanika və təbiət elmləri
- Su nəqliyyatının humanitar və dilçilik məsələləri
İştirakçılar təqdim olunacaq tezislərin adlarını kafedra iclasında təsdiq edildikdən sonra fevral ayının 17-dək, tezislərin mətnlərini isə (iştirakçının qrupu, soyadı, adı və elmi rəhbərini göstərməklə) mart ayının 18-dək ADDA-nın Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər.
Ən yaxşı məruzələr Konfransın tezislər toplusunda dərc olunacaq.
Nümunəvi çıxışları ilə fərqlənənlər ADDA-nın fəxri diplomları ilə təltif ediləcəklər.
Ətraflı məlumat üçün Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə müraciət etmək olar.

