Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün elanlar
Normal

Tələbələrin nəzərinə!

21 İyun 2021

Azərbaycan Dövlət Dəniz Akademiyasında 12 iyul 2021-ci il tarixindən 13 avqust 2021-ci il tarixinə qədər 2020/2021-ci tədris ilinin Yay semestri təşkil ediləcək.

Yay semestrində tədris prosesi və imtahan sessiyası Microsoft Teams platforması üzərindən onlayn qaydada keçiriləcək.

Yay semestrinin imtahan sessiyası 16-20 avqust 2021-ci il tarixlərində nəzərdə tutulur.

Yay semestri könüllülük prinsipi ilə ödənişli əsaslarla təşkil olunur.

Yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditin ümumi həcmi 10-dan artıq olmamalıdır.

Yay semestrinə qeydiyyat 21-30 iyun 2021-ci il tarixlərində müvafiq fakültə dekanlıqlarında aparılacaq.

                                                                                                                                                            Rəhbərlik
Reaksiyanızı bildirin