Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün elanlar
Normal

Tələbələrin nəzərinə!

16 Fevral 2026

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan

                                                       **“DƏNİZ  NƏQLİYYATININ  İNKİŞAF PERSPEKTİVLƏRİ” mövzusunda**

                                                **tələbə, magistrant və gənc tədqiqatçıların ənənəvi elmi-texniki  konfransı**

                                                                            **8-9 aprel 2026-cı il, Bakı,  “ADDA” PHŞ**

Konfrans aşağıdakı bölmələr üzrə keçiriləcək:

  • Gəmiqayırma və gəmi təmiri
  • Dəniz naviqasiyası
  • Gəmi energetik qurğuları
  • Gəmilərin elektrik avadanlıqları və avtomatikası
  • Mexanika
  • Riyaziyyat və informatika
  • Su nəqliyyatının humanitar və dilçilik məsələləri

İştirakçılar təqdim olunacaq tezislərin adlarını kafedra iclasında təsdiq edildikdən sonra fevral ayının 26-dək, tezislərin mətnlərini isə (iştirakçının qrupu, soyadı, adı və elmi rəhbərini göstərməklə) mart ayının 19-dək ADDA-nın Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər.

Ən yaxşı məruzələr Konfransın tezislər toplusunda dərc olunacaq.

TƏŞKİLAT KOMİTƏSİNİN ÜNVANI:

Ünvan: AZ1000, Bakı şəh., Z.Əliyeva küç.,18, ADDA.

E-mail: [email protected]

Ətraflı məlumat üçün Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə müraciət etmək olar. Otaq 423.

Reaksiyanızı bildirin