Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün elanlar
Normal

"Uzaq Səfərlərdə" filminin nümayişi

08 Noyabr 2017

Hörmətli həmkarlar,

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin istehsalı olan və xarici sularda üzən donanmamızın fəaliyyətinə həsr olunan "Uzaq Səfərlərdə" filmi bu axşam saat 20.00-da Azərbaycan Dövlət Televiziyasının "Xəbərlər" proqramından dərhal sonra yayımda olacaq. Filmdə Gəmiçiliyin bu istiqamətdə fəaliyyəti ilə yanaşı, üçrəngli bayrağımızı xarici sulardakı gəmilərimizdə qürurla dalğalandıran dənizçilərimizin fədakarlığından ətraflı bəhs edilir.

Dənizçilərimizin ən gözəl xəbərlərini çatdırmaq arzusu ilə sizi bir daha filmi izləməyə dəvət edirik.

Reaksiyanızı bildirin