Qəhrəmanlarımız
Allahverdi Bəhram oğlu Novruzov
Bioqrafiya
1994-cü il mayın 17-də Salyanda dünyaya göz açıb. 2011-ci ildə Salyan şəhərindəki Nizami Gəncəvi adına 2 saylı tam orta məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Dəniz Akademiyasının «Dəniz naviqasiyası mühəndisliyi» ixtisasına daxil olub.
2017-ci ildə ordu sıralarına yollanıb, müddətli həqiqi hərbi xidmət zamanı kəşfiyyatçı bacarığına yiyələnib, qüsursuz xidməti təşəkkürnaməyə layiq görülüb. 2018-ci ildə ordudan tərxis olunduqdan sonra mühafizəçi işləyib.
Vətən müharibəsinin ilk günündən canını Vətən uğrunda sipər edib və savaşın üçüncü günü şəhadətə ucalıb.

