Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Qəhrəmanlarımız

Bayrı Mirzə oğlu İmanov

Bioqrafiya

1996-cı il fevralın 5-də Salyan rayonunun Qaraçala qəsəbəsində dünyaya göz açıb. 2013-cü ildə Bakı şəhərinin Şüvəlan qəsəbəsində A.S. Makarenko adına gimnaziyanı bitirib. Elə həmin il Azərbaycan Dövlət Dəniz Akademiyasına daxil olub.

2018-ci ildə ADDA-nı «Elektrik mühəndisliyi» ixtisası üzrə bitirib. Sonra müddətli həqiqi hərbi xidmət keçmək üçün ordu sıralarına çağırılıb və snayper kimi xidmət edib. Tərxis olunduqdan sonra bir müddət Bakıda işləyib. 2020-ci ildə Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. Hadrut, Xocavənd, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib.

Müharibənin sonuna yaxın Şuşanın bir addımlığında raket zərbəsi nəticəsində şəhidlik zirvəsinə ucalıb.