Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Qəhrəmanlarımız

Zabil Zahid oğlu Əliyev

Bioqrafiya

Zabil Zahid oğlu Əliyev 1996-cı il iyunun 11-də Masallı rayonunun Köhnə Alvadı kəndində dünyaya gəlib.

2016-cı ildə Azərbaycan Dövlət Dəniz Akademiyasına daxil olub. 2020-ci ildə ADDA-nı "Dəniz naviqasiyası mühəndisliyi" ixtisası üzrə bitirdikdən sonra hərbi xidmətə yollanıb.

Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən Zabil Vətən müharibəsinin ilk günündən savaşa atılıb. Şuşa uğrunda gedən döyüşlərdə ayağından 2 güllə yarası alıb.