Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Qəhrəmanlarımız

Cavad Cavid oğlu Məmmədzadə

Bioqrafiya

Cavad Cavid oğlu Məmmədzadə 1999-cu il yanvarın 29-da Lənkəran rayonunda dünyaya göz açıb. Bakının Xətai rayonundakı 165 saylı tam orta məktəbdə təhsil alıb. 2016-cı ildə "Gəmiqayırma və gəmi təmiri mühəndisliyi" ixtisasına yiyələnmək arzusu ilə ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olub.

2020-ci ilin iyulunda müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi başlayanda Cavad hərbi xidmətinin 3-cü ayında olmasına baxmayaraq, öz istəyi ilə cəbhə bölgəsinə göndərilib. Bir çox döyüşlərdə igidlik göstərib. Ağdərə istiqamətində gedən döyüşlərdə qəlpə yarası alıb.