Qəhrəmanlarımız
İbrahim Fuad oğlu İbrahimov
Bioqrafiya
İbrahim Fuad oğlu İbrahimov 1998-ci il yanvarın 8-də Sumqayıt şəhərində dünyaya gəlib. 2015-ci ildə Sumqayıt şəhərindəki 25 saylı orta məktəbi bitirib. Həmin ildə "Gəmi energetik qurğularının istismarı mühəndisliyi" ixtisasına yiyələnmək arzusu ilə Azərbaycan Dövlət Dəniz Akademiyasına daxil olub.
2019-cu ildə təhsilini başa vuraraq həqiqi hərbi xidmətə yollanıb və Xüsusi Təyinatlı Qüvvələrin "N" saylı hərbi hissəsində xidmət edib. Vətən müharibəsinin ilk günündən döyüşlərə atılıb. Cəbrayıl-Füzuli istiqamətində gedən qızğın döyüşlərdə ayağından qəlpə yarası alır.

