Qəhrəmanlarımız
Eldar Əskərəli oğlu Həmidli
Bioqrafiya
Eldar Əskərəli oğlu Həmidli 1999-cu il iyunun 22-də Masallı rayonunun Binə Xocavar kəndində dünyaya göz açıb.
2016-cı ildə Sumqayıt şəhərində 32 saylı tam orta məktəbi bitirib. 2016-2020 illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında "Dəniz naviqasiyası mühəndisliyi" ixtisasına yiyələnib.
Müddətli həqiqi hərbi xidmət keçdiyi dövrdə Vətən müharibəsi başlayıb və Eldar da minaatan kimi savaşa qatılıb. Döyüş yolu Füzulidən başlayıb. Xocavənd uğrunda gedən döyüşlərdə ayaqlarından və çiynindən yaralanıb.

