Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Qəhrəmanlarımız

Cavid Bahadur oğlu Məhərrəməli

Bioqrafiya

Cavid Bahadur oğlu Məhərrəmli 1999-cu il aprelin 21-də Bakı şəhərində dünyaya göz açıb. 2016-cı ildə Əhmədli qəsəbəsindəki 116 saylı məktəbi bitirib.

Həmin ildə Azərbaycan Dövlət Dəniz Akademiyasına daxil olub. MMA üzrə respublika çempionu olan Cavid 2020-ci ildə ADDA-nı "Gəmiqayırma və gəmi təmiri mühəndisliyi" ixtisası üzrə bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb.

Vətən müharibəsi zamanı Tərtər, Suqovuşan, Talış kəndi və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Döyüşlərin birində düşmənin atdığı raket nəticəsində Cavid yaralanıb.