Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Qəhrəmanlarımız

Ülvi Eyvaz oğlu Məlikov

Bioqrafiya

Ülvi Eyvaz oğlu Məlikov 1997-ci il oktyabrın 27-də Salyan rayonunun Noxudlu kəndində dünyaya göz açıb. Yuxarı Noxudlu kənd tam orta məktəbini əla qiymətlərlə bitirən Ülvi 2015-2020-ci illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında "Gəmi energetik qurğularının istismarı mühəndisliyi" ixtisası üzrə təhsil alıb.

2018-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Ülvi Məlikov Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə minaatan mərmisinin qəlpəsi ilə ayağından yaralanıb. Yaralı vəziyyətdə döyüşü davam etdirib. Şəmkir hərbi hospitalında əməliyyat olunub. Müalicə aldıqdan sonra yenidən ön cəbhəyə qayıdıb və Suqovuşanın alınmasında iştirak edib.