Ruslan Ramiz oğlu Əlicanov
Bioqrafiya
Ruslan Ramiz oğlu Əlicanov 1995-ci il sentyabrın 19-da Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsində dünyaya göz açıb. 2013-cü ildə Soyuqbulaq qəsəbəsindəki Məmməd Omarov adına tam orta məktəbi bitirib. Həmin ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının "Elektrik mühəndisliyi" ixtisasına daxil olub.
2017-ci ildə ADDA-nın bakalavr pilləsini bitirən Ruslan sonra təhsilini magistraturada davam etdirib. Magistraturada oxuduğu müddətdə ADDA-nın "Gəmi mexanikası və elektromexanikası" fakültəsində tyutor (akademik məsləhətçi) vəzifəsində çalışıb.
2020-ci ildə bu təhsil pilləsini də uğurla bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanıb. Beyləqanda xidmət edən Ruslan Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Artilleriya qoşunlarında Vətən uğrunda qəhrəman kimi vuruşub.

