Ramal Ramin oğlu Rüstəmov
Bioqrafiya
Ramal Ramin oğlu Rüstəmov 1998-ci il noyabrın 25-də Biləsuvar rayonunun Aşağı Cürəli kəndində doğulub. 2005-2016-cı illərdə kənddə O. Babayev adına tam orta məktəbdə təhsil alıb.
Dənizçi olmaq istəyi ilə 2016-clı ildə Azəraycan Dövlət Dəniz Akademiyasının "Elektrik mühəndisliyi" ixtisasına daxil olub.
2020-ci ilin iyulunda müddətli həqiqi xidmət keçmək üçün Ordu sıralarına çağırılıb. Vətən müharibəsi başlayanda hərbi xidmətdə olub. İlk gündən döyüşlərə qatılıb. Füzuli, Xocavənd, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Özü kimi igidlərlə düşmənin canlı qüvvəsini məhv etməklə yanaşı, texnikalarını və silah-sursatlarını da ələ keçiriblər.
Oktyabrın 21-də Füzuli rayonunun Gecəgözlü kəndində minaatan mərmisinin partlaması nəticəsində yaralanıb.

