İnqilab Tofiq oğlu Qədirbəyli
Bioqrafiya
1995-ci il martın 10-da Salyan şəhərində dünyaya göz açıb. 2012-ci ildə Salyan şəhərində Aşıq Pənah adına 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseyi bitirib. 2012–2016-cı illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında «Menecment» ixtisasına yiyələnib. 2016–2017-ci illərdə həqiqi hərbi xidmətini Füzulidə keçib. 2020-ci ildə Vətən müharibəsi başlayanda könüllü cəbhəyə gedib. Bütün müharibə boyu döyüşlərdə olub.
Əsgər yoldaşlarının dediyinə görə, Şuşa ətrafında gedən döyüşlərdə özünün də mühasirəyə düşmək təhlükəsinə baxmayaraq, 2 yaralı hərbçi yoldaşını döyüş meydanından çıxarıb.
Ermənistanın təslimçilik aktına qol çəkməsinə saatlar qalmış — 2020-ci il noyabrın 9-da düşmənin Şuşaya atdığı raket nəticəsində başından qəlpə yarası alaraq şəhid olub.

