Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Qəhrəmanlarımız

Kamil Ələddin oğlu Kərimov

Bioqrafiya

1995-ci il iyulun 2-də Qazax rayonunun Ürkməzli kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra 2013-cü ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının «Gəmiqayırma və gəmi təmiri» ixtisasına qəbul olub.

Həqiqi hərbi xidmətdən sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kurslarında oxuyub.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda düşmənin hücumlarına sinəsini qalxan edən igidlərimizdən olub. Murovdağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.