Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Qəhrəmanlarımız

Mirsafa Mircəlil oğlu Rzayev

Bioqrafiya

1995-ci il fevralın 19-da Sumqayıt şəhərində dünyaya göz açıb. 2013-cü ildə Bakının Nəsimi rayonundakı Abdulla Şaiq adına 54 saylı tam orta məktəbi bitirib. 2013–2017-ci illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında «Nəqliyyat servisi (su nəqliyyatı üzrə)» ixtisası üzrə təhsil alıb.

ADDA-nı bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə çağırılıb, xidmət etdiyi müddətdə nümunəvi əsgər — mahir topçu kimi bir neçə dəfə mükafatlandırılıb. Hərbi xidmətdən sonra Bakı Beynəlxalq Dəniz Ticarət Limanında dispetçer işləyib.

Vətən müharibəsinin ilk günü — sentyabrın 27-si səfərbərliyə cəlb olunaraq cəbhəyə yollanıb. 2020-ci il oktyabrın 26-da Füzuli uğrunda gedən döyüşdə düşmənin raket zərbəsi nəticəsində aldığı ağır yaradan şəhadətə yüksəlib.