Xəbər
2 Fevral – Gənclər Günüdür

Azərbaycan Dövlət Dəniz Akademiyasının rəhbərliyi və professor-müəllim heyəti 2 Fevral – Gənclər Günü münasibətilə bütün gəncləri səmimi-qəlbdən təbrik edir.
Gənclər ölkəmizin gələcəyidir. Sizin bilikləriniz, enerjiniz və təşəbbüskarlığınız Azərbaycanın davamlı inkişafında mühüm rol oynayır.
Bu əlamətdar gün münasibətilə hər birinizə möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə və gələcək təhsil və fəaliyyətinizdə böyük uğurlar arzulayırıq.

