Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

20 Yanvar - Ümumxalq Hüzn Günü

20 Yanvar 2026
20 Yanvar - Ümumxalq Hüzn Günü

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet ordusunun hərbi hissələri Bakı şəhərində öz haqqını tələb edən dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətmişdir. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməmiş, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşmuşdur.

Bu gün, yanvarın 20-də Azərbaycan Dövlət Dəniz Akademiyasının rəhbərliyi, professor-müəllim heyəti, inzibati işçilər və tələbələr Şəhidlər Xiyabanını ziyarət etmişdir. Onlar 20 yanvar şəhidlərinin məzarları önünə gül dəstələri qoyaraq, qəhrəman Vətən övladlarının ölməz ruhları qarşısında dərin ehtiramlarını bildirmişlər.

Foto qalereya7

Reaksiyanızı bildirin