Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

2025-ci il Suverenlik və Konstitusiya ilidir

27 Oktyabr 2025
2025-ci il Suverenlik və Konstitusiya ilidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ilin “Suverenlik və Konstitusiya ili elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Azərbaycan Dövlət Dəniz Akademiyasında “Suverenlik və Azərbaycan Respublikasının Konstitusiyası” mövzusunda seminar keçirilib.

Akademiya tələbələrinin əməkdaşlarının iştirakı ilə təşkil olunan tədbirdə “Humanitar fənlər” kafedrasının müdiri, dosent İlqar Abdullayev və həmin kafedranın digər müəllimləri Azərbaycan Konstitusiyasını “Ali hüquq Akt” kimi təhlil etməklə yanaşı, “Müstəqillik” və “Suvenerlik” kimi anlayışların da fəlsəfi mahiyyətini təhlil ediblər. Bununla yanaşı, tələbələr Azərbaycan Respublikasının Konstitusiyasının bir sıra müddəaları ətrafında öz düşüncələrini bölüşüblər, onları dərindən anlamaq üçün suallarını səsləndiriblər.

Foto qalereya3

Reaksiyanızı bildirin