28 May Müstəqillik Günü - şərəf və qürur tariximiz

28 May – Müstəqillik Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin şərəfli və qürurverici səhifələrindən biridir.
108 il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
Bu il 28 may – Müstəqillik Günü həm də çox gözəl bayrama – müqəddəs Qurban bayramı ilə eyni vaxta təsadüf edir. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün Allaha dualar səsləndirir, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsi dərin ehtiramla yad edilir.

