Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

8 Noyabr - Zəfər günüdür

31 Oktyabr 2024
8 Noyabr - Zəfər günüdür

Oktyabrın 30-da “Humanitar fənlər” kafedrasının təşkilatçılığı ilə 8 Noyabr – “Zəfər günü”nə həsr olunmuş toplantı keçirilib. İştirakçılar torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə, o cümlədən II Qarabağ savaşında həlak olmuş bütün şəhidlərin əziz xatirəsini 1 dəqiqə sükutla yad ediblər.

“Humanitar fənlər” kafedrasının müdiri, dosent İlqar Abdullayev 44 günlük II Qarabağ müharibəsinin tarixi əhəmiyyətindən danışıb. Digər çıxışçılar da 27 illik erməni işğalına son qoyan Azərbaycan Silahlı Qüvvələrinə və onun Ali Baş Komandanına Qələbəyə və 8 Noyabr – “Zəfər günü”nə görə təşəkkürlərini bildiriblər.

Foto qalereya1

Reaksiyanızı bildirin