8 noyabr Zəfəri şərəf tariximizdir

Azərbaycan Dövlət Dəniz Akademiyasında 44 günlük Vətən müharibəsinin şərəf zirvəsi olan Zəfər gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Müxtəlif tədris qruplarında təşkil edilən tədbirlərdə professor-müəllim heyəti də iştirak edir.
Təşkilatçılar - “Humanitar fənlər” kafedrasının müdiri İlqar Abdullayev, həmin kafedranın baş müəllimi Ağarza Fətəliyev, “Gəmi mexanikası və elektromexanikası kafedrasının dekanı Rafiq Əsgərov gənclərə Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışaraq, bu hadisəni Azərbaycan xalqının qürur mənbəyi kimi dəyərləndirirlər. Çünki 8 noyabr Zəfəri rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin qanı və canı bahasına, Ali Baş Komandanın sərkərdəlik bacarığı sayəsində qazanıldı, ölkəmizin müstəqilliyi möhkəmləndi, suverenliyi bərpa olundu, ən başlıcası isə şərəf və ləyaqətimiz ucaldı.

