Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA BDUA-ya üzv oldu

24 May 2016
ADDA BDUA-ya üzv oldu

Azərbaycan Dövlət Dəniz Akademiyası Beynəlxalq Dəniz Universitetləri Assosiasiyasına (BDUA) üzv olmağa hazırlaşır. Bu məqsədlə BDUA-ya müvafiq qaydada müraciət edilib.

Beynəlxalq Dəniz Universitetləri Assosiasiyasının rəsmi nümayəndəsi - İstanbul Texniki Universitetinin Dənizçilik fakültəsinin dekanı, professor Oğuz Salim Söğut mayın 23-dən 25-dək Bakıda səfərdə olub, Dəniz Akademiyasında audit aparıb. Qonaq Cənubi Qafqaz - Orta Asiya regionunda ali təhsilli dənizçi kadrlar hazırlayan bu yeganə təhsil ocağının maddi-texniki bazası - trenajorlar, simulyatorlar, ixtisaslaşmış laboratoriya və auditoriyalarla yaxından tanış olub, Akademiyanın "General Əsədov" tədris gəmisində və ADDA-nın nəzdində olan Təlim-Tədris Mərkəzində mütəxəssislərin hazırlanması prosesi ilə maraqlanıb.

![](https://adda.edu.az/uploads/IMO/IMG_9608.jpg)  ![](https://adda.edu.az/uploads/IMO/IMG_9862.jpg)

ADDA-nın rektoru Çingiz Əliyev professor Oğuz Salim Söğutla görüşdə rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, beynəlxalq tələblər səviyyəsində qurulmuş tədris prosesi, innovativ fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələr və inkişaf perspektivləri barədə ətraflı məlumat verib.

Professor O.S.Söğut Akademiyanın fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyətilə də görüşüb, bu səfəri zamanı topladığı təəssüratları yüksək qiymətləndirib.

Reaksiyanızı bildirin