Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA - çempion

25 İyun 2018
ADDA - çempion

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin I Spartakiadası başa çatıb. Gəmiçilikdə Spartakiadanın ilk dəfə keçirilməsinə baxmayaraq, komandalar gərgin idman mübarizəsi şəraitində 7 idman növündə mübarizə apararaq yüksək nailiyyətlər qazanıblar. Futbol, şahmat, dama, nərd, stolüstü tennis, üzgüçülük, kəndirdartma kimi idman növləri üzrə keçirilən Spartakiadanın təşkilində məqsəd dənizçilərin sağlamlığını möhkəmləndirmək, onları bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etməklə asudə vaxtlarını səmərəli təşkil etmək, eləcə də ən yaxşı idman kollektivlərini müəyyənləşdirməkdən ibarətdir.

Sevindirici haldır ki, ADDA-nın komandası ən intellektual yarışda – şahmat turnirində 1-ci yeri tutub. Akademiyamızın adını zirvəyə qaldıran komandamızın üzvləri Oqtay Poladov, Samirə Gözəlova və Emin Abiyevdir.

Qadınlar arasında üzgüçülük yarışlarında isə ADDA-nın “Bədən tərbiyəsi” kafedrasının müdiri Tatyana Srebnaya 2-çi olub.

Qaliblərı ürəkdən təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.

Reaksiyanızı bildirin
ADDA - çempion | ADDA