Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü anılıb

31 Mart 2026
ADDA-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü anılıb

Azərbaycan Dövlət Dəniz Akademiyasının fakültələrində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbirləri keçirilib.

Çıxış edən professor-müəllim heyəti tələbələrə 1918-ci ilin mart-aprel aylarında erməni silahlı dəstələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş kütləvi qırğınlar haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, həmin hadisələr zamanı Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur və digər bölgələrdə minlərlə günahsız insan amansızlıqla qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb və xalqımıza qarşı ağır cinayətlər törədilib. Bildirilib ki, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü Azərbaycan xalqının tarixində ən faciəli səhifələrdən biridir və bu hadisələrin yaddaşlarda yaşadılması, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması böyük əhəmiyyət daşıyır.

Tədbirlərin keçirilməsində əsas məqsəd gənc dənizçilərin tarixi yaddaşının möhkəmləndirilməsi, onlarda vətənpərvərlik hissinin gücləndirilməsi və xalqımıza qarşı törədilmiş soyqırımı hadisələri barədə maarifləndirmənin artırılmasıdır

Foto qalereya4

Reaksiyanızı bildirin