Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-da “Akademik yazı və etika” mövzusunda təlimlər keçirilir

08 Aprel 2026
ADDA-da “Akademik yazı və etika” mövzusunda təlimlər keçirilir

06.04.2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) rektor əvəzi Eldar Qocayevin rəhbərliyi altında dekanların və kafedra müdirlərinin iştirakı ilə iclas keçirilib. İclasda Türkiyə universitetinin fəxri professoru, PhD Hikmət Tahir Karakoç tərəfindən onlayn formada təşkil olunan “Akademik yazı və etika” mövzusunda təlimlərin gedişi, eləcə də iştirakçıların dərslərdə iştirak səviyyəsi və təlimə marağı müzakirə olunub.

Tədbirdə çıxış edən Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Nəsir Hüseynov Akademiyanın 43 nəfər müəllim və gənc tədqiqatçısının 14 həftə müddətində ümumilikdə 42 saat dərs yükünü əhatə edən təllimlərdə aktiv iştirak etdiyini və proqramın iştirakçılar tərəfindən maraqla qarşılandığını bildirib.

İclasın sonunda rektor əvəzi Eldar Qocayev dinləyicilərin dərslərdə daha fəal iştirak etməsinin təmin olunması, həmçinin tədqiqatçıların maraq dairəsinə uyğun yeni təlim mövzularının və təlimçilərin cəlb edilməsi ilə bağlı kafedra müdirlərinə müvafiq tapşırıqlar verib.

Reaksiyanızı bildirin