Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-da alternativ enerji texnologiyalarına dair seminar keçirilib

19 Aprel 2026
ADDA-da alternativ enerji texnologiyalarına dair seminar keçirilib

17 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmiqayırma və gəmi təmiri” kafedrasında “Xəzər regionunda gəmilərdə alternativ enerji texnologiyalarından istifadənin nəzəri əsasları və tətbiqi” mövzusunda elmi seminar keçirilib. Seminar zamanı Xəzər regionunda gəmilərdə alternativ enerji mənbələrinin tətbiqi, bu sahədə mövcud elmi yanaşmalar və praktiki imkanlar ətrafında geniş müzakirələr aparılıb.

Tədbiri giriş sözü ilə açan dosent İsaq Xankişiyev seminarın xüsusilə gənc tədqiqatçılar üçün əhəmiyyətini vurğulayıb. O, alternativ enerji texnologiyalarının gəmiçilik sahəsində tətbiqinin aktuallığı, ekoloji və iqtisadi üstünlükləri, həmçinin bu istiqamətdə mövcud inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Seminar çərçivəsində doktorant Mahmud Süleymanlı mövzu üzrə ətraflı məruzə ilə çıxış edərək Xəzər regionunda gəmilərdə alternativ enerji texnologiyalarının nəzəri əsasları, tətbiq imkanları və aparılan elmi tədqiqatların nəticələri barədə geniş təqdimat edib.

Tədbirdə Azərbaycan Texniki Universitetinin “Maşınqayırma texnologiyası” və “Metallurgiya və materiallar texnologiyası” kafedralarının, Bakı Mühəndislik Universitetinin professor-müəllim heyətinin, eləcə də ASCO Mühəndislik MMC, Bakı Gəmiqayırma Zavodu MMC və Zığ Gəmi Təmiri və Tikintisi Zavodunun nümayəndələri iştirak ediblər.

Foto qalereya5

Reaksiyanızı bildirin