Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-da bayram konserti

12 Noyabr 2019
ADDA-da bayram konserti

Noyabrın 8-də Azərbaycan Dövlət Dəniz Akademiyasında Dövlət Bayrağı gününə həsr edilmiş konsert proqramı təşkil olunub. Konsertdə Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin müxtəlif dərnəklərinin üzvləri öz bacarıqlarını nümayiş etdiriblər. Xalq çalğı alətləri ansamblının müsayiəti ilə müğənnilər tərəfindən həm bəstəkar, həm də xalq mahnılarının ifası ADDA tələbələrində gözəl bayram əhval-ruhiyyəsi yaradıb. Emin Sabitoğlu, Rauf Hacıyev, Tofiq Quliyev, Ələkbər Tağıyev, Oqtay Rəcəbov kimi bəstəkarların əsərləri ilə yanaşı, “Sübh şəfəqləri” rəqs ansamblının “Bayraq rəqsi” tədbirə xüsusi ab-hava gətirib. Sonda bütün ifaçılar birlikdə “Bayraq” mahnısını səsləndiriblər.

İki saata yaxın davam edən bayram konserti Dövlət Bayrağı günü ərəfəsində tələbələrə bu bayramın xüsusi qeyd olunması üçün gözəl bir imkan yaradıb.

Foto qalereya12

Reaksiyanızı bildirin