Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-da elmi seminar keçirilib

19 Mart 2026
ADDA-da elmi seminar keçirilib

Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-də “Gəmi energetik qurğuları” kafedrası tərəfindən elmi seminar keçirilib. Tədbir “Gəmi dizel mühərrikinin işçi siklinin hesabının MATLAB alqoritmik dilində proqramlaşdırılması və istismar effektivliyinin artırılmasına təsir göstərən amillərin nəzəri təhlili” mövzusuna həsr olunub. Seminarda Azərbaycan Texniki Universitetindən dəvət olunmuş qonaqlar, Akademiyanın professor-müəllim heyəti, doktorantlar, magistrantlar və tələbələr iştirak ediblər.

Seminarda məruzə ilə çıxış edən doktorantlar Əlivahid Azər oğlu Əliyev və Rauf Ramiz oğlu Məmmədov gəmi dizel mühərriklərinin işçi siklinin riyazi modelləşdirilməsi və MATLAB mühitində proqramlaşdırılması üzrə apardıqları tədqiqatların nəticələrini təqdim ediblər. Təqdimat zamanı Wärtsilä 6L20 tipli gəmi dizel mühərriki üzrə aparılmış riyazi eksperimentlərin nəticələri, onların adekvatlığı, eləcə də gəmi şəraitində üstəlik üfürmə təzyiqinə təsir edən amillər və bu amillərin mühərrikin göstəricilərinə təsiri izah olunub.

Tədbir çərçivəsində elmi rəhbər, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Akif İsmayılov və digər iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, riyazi modelləşdirmənin tətbiqi, istifadə olunan ədədi üsullar və modelin təkmilləşdirilməsi istiqamətində təkliflərini səsləndiriblər.

Seminarın yekununda təqdim olunan tədqiqat işləri müsbət qiymətləndirilib.

Foto qalereya3

Reaksiyanızı bildirin