Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-da Elmi Şuranın növbəti iclası keçirilib

27 Fevral 2026
ADDA-da Elmi Şuranın növbəti iclası keçirilib

26 fevral 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasıda (ADDA) Elmi Şuranın növbəti iclası baş tutub.

İclas çərçivəsində Akademiyanın rəsmi himninin və yeni loqosunun hazırlanması məsələsi müzakirə olunub. Bu məqsədlə peşəkar mütəxəssislərdən ibarət Komissiya yaradılıb və komissiyaya müvafiq sahələr üzrə akademik qurumlarla əməkdaşlıq etmək tapşırılıb.

Gündəlikdə duran əsas məsələlərdən biri də Akademiyanın internet şəbəkəsinin, kibertəhlükəsizlik və yanğından mühafizə sistemlərinin yenidən qurulması olub. Təhlükəsizlik standartlarının daha da gücləndirilməsi məqsədilə yanğından mühafizə sistemlərinin yenilənməsi üçün tenderin elan olunması qərara alınıb.

İclasın sonunda Akademiyanın Strateji İnkişaf Planına uyğun olaraq yerli və beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün işçi qruplar yaradılıb, imzalanmış sənədlərin icrasına və layihələrin keyfiyyətinə nəzarət məqsədilə daxili monitorinq qrupu formalaşdırılıb.

Foto qalereya7

Reaksiyanızı bildirin