Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-da Elmi Şuranın növbəti iclası keçirilib

02 İyul 2026
ADDA-da Elmi Şuranın növbəti iclası keçirilib

01 iyul 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Elmi Şuranın növbəti iclası keçirilib. ADDA-nın rektoru vəzifəsini müvəqqəti icra edən Eldar Qocayevin sədrliyi ilə keçirilən iclasda akademiyada idarəetmənin beynəlxalq standartlara uyğunlaşdırılması, daxili nəzarət mexanizmlərinin gücləndirilməsi, inzibati heyətin tədris yüklərinin optimallaşdırılması və tələbələrin sosial-ictimai fəaliyyətinin təşkili ilə bağlı mühüm qərarlar qəbul olunub.

İclasda ilk olaraq Akademiyada Keyfiyyəti İdarəetmə Sisteminin tətbiqi, ISO 9001:2015 standartı üzrə daxili auditin nəticələri və struktur islahatları çərçivəsində bəzi şöbələrin tabeliyinin optimallaşdırılması məsələləri müzakirə edilib. Bu istiqamətdə daxili normativ sənədlərin yenilənməsi, əsas sənədlərin ingilis dilinə tərcümə olunması, vəzifə təlimatlarının beynəlxalq tələblərə uyğun yenidən hazırlanması və yeni daxili auditorların hazırlanması barədə qərarlar qəbul edilib.

Gündəlikdə yer alan digər məsələ inzibati heyətin tədris yüklərinin optimallaşdırılması olub. Akademiyada idarəetmənin səmərəliliyinin artırılması məqsədilə müvafiq daxili qaydaların hazırlanması, Elm və Təhsil Nazirliyinin mütəxəssislərinin iştirakı ilə məsləhətləşmələrin aparılması və vakant dərs saatlarının şəffaf bölgüsünün təmin edilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

İclasın sonunda tələbə kontingenti, professor-müəllim heyəti və inzibati işçilər arasında keçirilmiş sorğuların ilkin nəticələri müzakirə olunub. Tələbələrin idman və sosial fəaliyyətinin daha səmərəli təşkili məqsədilə daxili yarış təqviminin təsdiqi, idman komandalarının zəruri inventar və geyimlə təmin olunması, eləcə də tələbə təşkilatlarının iştirakı ilə intellektual klubların yaradılması barədə qərarlar qəbul edilib.

Foto qalereya3

Reaksiyanızı bildirin