Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-da elmi tədqiqat metodlarına dair seminar keçirilib

16 Mart 2026
ADDA-da elmi tədqiqat metodlarına dair seminar keçirilib

13 mart 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Elmi tədqiqat işi necə aparılır? (Məqalə strukturu, istinad qaydaları və plagiat)” mövzusunda öyrədici seminar keçirilib.

Seminarın əsas məqsədi tələbələrdə elmi-tədqiqat vərdişlərini inkişaf etdirmək, akademik yazı qaydaları və akademik dürüstlük prinsipləri barədə bilikləri artırmaq olub. Tədbirdə ADDA tələbələri ilə yanaşı, Bakı Mühəndislik Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Avrasiya Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Tibb Universitetinin TEC nümayəndələri və tələbələri də iştirak ediblər.

Tədbirin rəsmi açılışında çıxış edən Akademiya rəhbərliyi müstəqil dövlətin inkişafında savadlı və innovativ düşünən gənclərin mühüm rol oynadığını vurğulayaraq, tələbələri elmi fəaliyyətə daha fəal qoşulmağa çağırıb. Daha sonra ADDA TEC sədri Ruslan Əlicanov Tələbə Elmi Cəmiyyətinin fəaliyyət istiqamətləri barədə məlumat verərək bildirib ki, əsas məqsəd Akademiyada və ümumilikdə gənclər arasında tədqiqatçılıq ruhunu daha da inkişaf etdirməkdir. Ekspert Nizami İsmayılov gənc tədqiqatçılara elmi məqalənin strukturunun qurulması, beynəlxalq istinad qaydaları və plagiatdan qorunma yolları barədə ətraflı məlumat verib.

Tədbirin ən yaddaqalan və maraqlı hissəsi interaktiv bilik yarışı olub. Tələbələr öyrəndikləri məlumatlar əsasında rəqəmsal platforma ("Kahoot") üzərindən rəqabət aparıblar. Ən diqqətli dinləyicilər olan və yarışmada ilk 3 yeri tutan tələbələrə rəhbərlik və TEC sədri tərəfindən xüsusi mükafatlar təqdim olunub

Foto qalereya4

Reaksiyanızı bildirin
ADDA-da elmi tədqiqat metodlarına dair seminar keçirilib | ADDA